Yükləyirik Esplanade Market Solutions

FAQ

Hesabın açılması

Vəsaitlər bir hesabdan digər hesaba necə köçürülməlidir?

Vəsaitlərin bir hesabdan digər hesaba köçürülməsi üçün Siz müvafiq müraciətlə support@esplanade-ms.com ünvanına məktub göndərə, və ya şəxsi kabinetdə köçürmə üçün sifariş rəsmiləşdirə bilərsiniz. Vəsaitlər 72 saat ərzində köçürüləcək.

MetaTrader 4 terminalında real ticarət hesabı necə açılmalıdır?

Maliyyə bazarlarında ticarətin aparılması üçün hesabın açılması “Demo-hesab açmaq” bölməsində mümkündür.

Sizə sadə qeydiyyat formasının doldurulması təklif olunacaq, bundan sonra Sizin e-mailinizə həmin elektron ünvanının təsdiqlənməsi üçün istinadla məktub göndəriləcək. Komplayens Şöbəsi 48 saat ərzində Sizin təqdim etdiyiniz məlumatların yoxlanması aparacaq və Sizin göstərdiyiniz qeydiyyat məlumatınız düzgün olduğu halda Sizin hesabınız aktivləşəcək və, nəticədə növbəti məlumatla məktub, yəni Esplanade-MetaTrader 4 məlumat-ticarət terminalına daxil olması üçün loqin (ID) və parol alacaqsınız.

Siz real ticarət hesabına pul vəsaitləri daxil etməklə ticarətə başlaya bilərsiniz. Vəsaitlərin ticarət hesabına daxil edilməsi üsulları barədə daha ətraflı məlumat Vəsaitlərin daxil edilməsi və çıxarılması bölməsində ala bilərsiniz.

MetaTrader 4 terminalında təlim ticarət hesabı necə açılmalıdır?

Siz tədris (nümayiş) hesabı saytımızda “Demo-hesab açmaq” bölməsində aça bilərsiniz. Demo-hesab Sizə praktiki ticarət biliklərinə nail olmağı və real pullarla risk etmədən proqram təminatı işinin bütün xüsusiyyətləri ilə tanış olmaq imkanı verəcək. Proqramın quraşdırılması zamanı Siz öz şəxsi məlumatlarınızı və əməliyyat üçün planlaşdırdığınız demo-hesab depozit məbləği göstərməlisiniz.

Diqqətinizə çatdırırıq: demo-hesabda ticarət aparılması gedişində Siz forex, fond və xammal bazarlarının real kotirovkaları əldə edirsiniz, lakin yalnız virtual (təlim) əqdləri bağlaya bilərsiniz. Ticarətdən real gəlir alınması üçün ticarət hesabı açılmalıdır.
Şəxsi kabinet

Ticarət hesabı üçün parol necə bərpa edilməlidir?

Siz yeni parolun alınması üçün sorğunuzu öz şəxsi kabinetinizdə saxlaya bilərsiz. Yeni parol Sizə qeydiyyatdan keçdiyiniz zaman göstərdiyiniz elektron poçtunuza göndəriləcək.

Siz sorğunuzu müştərilərə dəstək xidmətinə yaza bilərsiniz: support@esplanade-ms.com. Sorğunuzda parolu bərpa edilməli ticarət hesabının nömrəsi göstərilməli və pasportunuzun bütün əhəmiyyətli səhifələrinin (şəkil, qeydiyyat, ailə vəziyyəti, uşaqlar, əvvəllər verilmiş pasportlar barədə məlumat səhifəsi) skaner surətləri məktubunuza əlavə edilməlidir.

Mən Şəxsi kabinetim üçün cari parolu dəyişmək istəyirəm, bunun üçün nə etməliyəm?

Siz Şəxsi kabinetinizdə olduğunuz zaman Ayarlar – Şəxsi məlumat – əlavəsinə daxil olub daha sonra parolun dəyişdirilməsi formasından istifadə etməlisiniz.

Mən Şəxsi kabinetimə daxil olmaq üçün parolu unutmuşam , mən nə etməliyəm?

Şəxsi kabinetinizin parolunu unutduğunuz halda Şəxsi kabinetə giriş səhifəsində parolun bərpa edilməsi formasından istifadə etməklə onu bərpa edə bilərsiniz.

Şəxsi kabinet nə üçün lazımdır?

Şəxsi kabinet Esplanade Market Solutions saytında Sizin şəxsi iş sahənizdir.

Siz şəxsi kabinetinizdə aşağıdakıları yerinə yetirə bilərsiniz:
  • Öz ticarət hesabınızla idarə etmək
  • Şəxsi qeydiyyat məlumatını dəyişmək
  • Ticarət hesab üçün itirilmiş parolu bərpa etmək
  • Pul vəsaitlərinin daxil edilməsi/ çıxarılmasını həyata keçirmək

Hal-hazırda Esplanade Market Solutions şirkəti öz müştərilərinə daha çox imkanlar təqdim etmək üçün servisi inkişaf etdiri və təkmilləşdirir. Siz şəxsi kabinetinizdə bütün dəyişikliklər barədə əlavə məlumat alacaqsınız.
Ticarət üçün məlumat

Esplanade Market Solutions şirkəti müştərisinin hesabında olan məbləğin hər ayrı-ayrı zamanda (o cümlədən, açıq mövqe və eyni zamanda kompüter söndürülmüş vəziyyətdə olduğu zaman) hüquqi olaraq tam mükəmməl sübutu nədir?

Məbləğin hüquqi olaraq tam mükəmməl sübutu Statement-dir (əqdlər barədə hesabat). Siz həmçinin hesabı sərbəst surətdə yarada bilərsiniz. Bunun üçün sizin ticarət terminalınızda “Hesab tarixi”nə daxil olub, istənilən yerdə siçan qurğusunun sağ düyməsi ilə basın və çıxan pəncərədə “Ətraflı hesabat” tapın.

Mən cari spredi harada görə bilərəm?

Siz cari spredi MetaTrader ticarət terminalında “Yeni qiymətlər” pəncərəsində görə bilərsiniz. Həmçinin, cari qiymətlər barədə məlumat “Yeni irder” orderin alınması pəncərəsində, “Terminal” pəncərəsinin “Ticarət” əlavəsində, “Bazar icmalı” pəncərəsində ticarət terminalının yenidən yüklənməsindən sonra əks edilir.

Bildirilmiş təsbit edilmiş spred daimidirmi?

Esplanade Market Solutions şirkətinin Ticarət qaydalarına müvafiq olaraq: «Yüksək volatillik ilə alətlərdə və yaxud aşağı likvidliklə alətlərdə əhəmiyyətli qiymət dəyişməsi zamanı spred dəyişə bilər ».

Bazar spredi nə deməkdir? O, təsbit edilmiş spreddən necə fərqlənir?

Forex alətləri, metallar üzrə spred şirkətdə bütün ticarət hesablarına bazar spredidir.

Təsbit edilmiş spred əsasən müəyyən səviyyədə saxlanılır, lakin alətin yüksək volatilliyi və ya likvidliyi zamanı dəyişə bilər.

Bazar spredi təyin edilmiş səviyyədə saxlanılmır və bankarası bazar şərtlərindən asılı olaraq daimi dəyişir. Bəzi hallarda hər bir alət üzrə bazar spredi təsbit edilmiş spreddən aşağı və ya sıfıra bərabər ola bilər.

Marjin koll nə deməkdir?

Borc vəsaitlərindən (kredit qolundan) istifadə etməklə maliyyə bazarında ticarət nəzərdə tutur ki, Sizin hesabınızda açıq mövqelərin təmin edilməsi üçün kifayət qədər məbləğ daim olmalıdır. Həmin məbləğ marja və ya marja girovu adlanır. Marja ticarətdə istifadə etdiyiniz borc vəsaitlərinin hətta bazar vəziyyətinin əlverişsiz inkişaf olunması halda toxunulmaz saxlanmasını təmin edir.

Yadınızda saxlamılısınız ki, maliyyə alətləri üçün qiymətlər əhəmiyyətli dərəcədə dəyişə bilər, və belə ki, Sizin depozitiniz istənilən zaman bütün açıq mövqelərin saxlaması üçün imkana malik olmalıdır. Sizin ticarət hesabınızda bütün mövqelərin təmin edilməsi üçün kifayət qədər məbləğ olmadıqda broker Sizə marjin koll (və ya Stop Out) – hesabın artırılması ehtiyacı barədə xəbərdarlıq göndərəcək. Əlavə vəsaitlər hesaba daxil olunmadığı halda broker Sizin bəzi əqdlərinizi (zərərli əqdən başlayaraq) bağlamağa məcbur olacaq.

Bu halın aradan qaldırılması üçün Siz hər bir maliyyə aləti üçün lazımi marjanı hesablayıb öz ticarət hesabınızın balansını müvafiq səviyyədə saxlamalısınız.

Ticarət hesabının açılması zamanı göstərilmiş telefon və digər şəxsi məlumatlar necə dəyişilməlidir?

Siz Şəxsi kabinetinizdə məlumatların dəyişməsi formasından istifadə edərək şəxsi məlumatlarınızın dəyişməsi üçün sorğu göndərə bilərsiniz.

Həmçinin, əlaqə telefonu və ya şəxsi məlumatların dəyişməsi üçün, zəhmət olmasa, məktubunuza pasportunuzun bütün əhəmiyyətli səhifələrinin (şəkil, qeydiyyat, ailə vəziyyəti, uşaqlar, əvvəllər verilmiş pasportlar barədə məlumat səhifəsi) skaner surətlərini əlavə etməklə hesabın açılması zamanı göstərdiyiniz öz elektron poçtunuzdan support@esplanade-ms.com elektron ünvanına sorğu göndərin.

Məlumatların müvəffəqiyyətlə dəyişməsi barədə xəbərdarlıq Esplanade Market Solutions şirkətinin meneceri tərəfindən göndəriləcək.

Hesabın açılması zamanı göstərilmiş elektron ünvanının dəyişməsi mümkündürmü və, müsbət halda, bunun üçün nə edilməlidir?

Elektron poçtunun əlaqə ünvanının dəyişməsi üçün, zəhmət olmasa, məktubunuza pasportunuzun bütün əhəmiyyətli səhifələrinin (şəkil, qeydiyyat, ailə vəziyyəti, uşaqlar, əvvəllər verilmiş pasportlar barədə məlumat səhifəsi) skaner surətlərini əlavə etməklə hesabın açılması zamanı göstərdiyiniz öz elektron poçtunuz və ya yeni elektron poçtunuzdan support@esplanade-ms.com elektron ünvanına sorğu göndərin.

Həmçinin, Siz Şəxsi kabinetinizdə məlumatların dəyişməsi formasından istifadə edərək şəxsi məlumatlarınızın dəyişməsi üçün sorğu göndərə bilərsiniz.

Elektron poçtunuzun müvəffəqiyyətlə dəyişməsi barədə xəbərdarlıq Esplanade Market Solutions şirkətinin meneceri tərəfindən göndəriləcək.

Mənim kredit qolumun nə qədərdir? Kredit qolu necə dəyişilməlidir?

Bir qayda olaraq, hesabın açılması zamanı Esplanade Market Solutions şirkəti öz müştərilərinizə standart həcmli kredit qolu 1:100 təklif edir. Kredit qolu həcminin dəqiqləşməsi və (və ya) dəyişməsi üçün, zəhmət olmasa, telefon və ya support@esplanade-ms.com elektron poçtu vasitəsilə Market Solutions şirkətinin meneceri ilə əlaqə saxlayın.

Məktubunuzda aşağıdakılar göstərilməlidir:
  • Adınız
  • Pasport məlumatları (sənəd seriyası, nömrəsi, kim tərəfindən və nə vaxt verilib, qeydiyyat ünvanı)
  • Ticarət hesabı nömrəsi
  • Kredit qolunun istədiyiniz həcmi

Kredit qolu nə deməkdir?

Kredit qolu girov məbləğinin onun üçün ayrılan borc vəsaitləri ilə nisbətdir. Məsələn, 1:100 kredit qolu göstərir ki, əqdin həyata keçirilməsi üçün brokerdə ticarət hesabında əqd məbləğindən 100 dəfə az məbləğ olmalıdır. Məsələn, Siz depozitdə 1000 USD məbləğə malik olub 1:100 kredit qolundan istifadə etməklə foreksdə 100000 USD məbləğlə əməliyyat apara bilərsiz.

Esplanade Market Solutions şirkəti 1:20-dən 1:1000-ə qədər müxtəlif kredit qolu seçimi təklif edir və, beləliklə, bir sıra maksimal geniş maliyyə alətləri ilə ticarətin aparılması üçün imkan yaradır.

Real hesabda işin başlanması üçün minimal depozit nə qədərdir?

Esplanade Market Solutions şirkəti öz müştərilərinizə depozit həcminin seçimi üçün heç bir məhdudiyyət qoymur.

Siz istənilən məbləğə malik olmaqla ticarəti başlaya bilərsiniz, lakin yadınızda saxlamalısınız ki, ticarət üçün maliyyə alətlərinin seçimi Sizin depozitinizin həcmindən asılıdır.